image-qanunla-reklam
image-1663052989-d6ddf539-204c-377a-b3c2-8b6442a0e63b

Ermənistan 200-ə yaxın hərbçisini itirib – AÇIQLAMA

image-lady-day-az

“Azərbaycan Ordusu erməni təxribatlarına cavab olaraq düşmənə kifayət qədər güclü zərbə endirib. Düşmənin itkiləri 150-200 nəfər arasında dəyişir”. 

Bunu “Qanunla.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində yerləşən bir neçə Ermənistan hərbi hissəsi darmadağın edilib.

“Düşmən bəzi mövqelərdə əsgərini qoyaraq geri qaçıb. Düşmənin itkilərinin sayı getdikcə arta bilər. Düşmənə yarım milyarddan çox zərər vurulub. Ordumuz bizə qarşı təxribat törədən bir  neçə döyüş mövqeyini də təmizləyib, həmin ərazilərdə Azərbaycan Ordusunun qəhrəman əsgərləri yerləşdirilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki