image-qanunla-reklam
image-1646628149_images

Dərs deyil, herzəvü-hədyandı bu…- Müasir təhsilimizin gerçək izahı

image-lady-day-az

Qanunla.az: – 8.2. Azərbaycanda təhsilin əsas məqsədi:

Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağı­da­kı­lar­dır və bunlar “Təhsil haqqında Azərbaycan Res­pub­li­ka­sı­nın Qa­nu­nu”nda rəsmiləşdirilmişdir:
– Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xal­qın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hü­quq­ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ide­yalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəx­siyyət yetişdirmək;

Təbii ki, qanunda qeyd edilən məqsədlərə çatmaq üçün təhsildə keyfiyyət mütləqdir. Keyfiyyətin təminatçısı isə təhsil ocaqları və ümumiyyətlə təhsil sahəsində çalışan hər kəsdir. Keyfiyyətsiz təhsil, sadalanan məqsədlərin tam əksini yetişdirir. Təəssüflər olsun ki, son bir neçə ildə sosial şəbəkələrdən və müstəqil mediadan təhsil barəsində oxuduğumuz, gördüyümüz valideyin, şagird, müəllim narazılıqları, təhsil ocaqlarında rüşvət, özbaşınalıq və sair, artıq demək olar ki, çox valideynləri az qala övladlarını təhsildən uzaqlaşdırma həddinə çatdırıb. İndi bəzi valideynlər əsrlər öncə olduğu kimi məktəblərdən qorxmağa, ehtiyat etməyə başlayıb. Bu hal hər dövrün şairi rəhmətlik Mirzə Ələkbər Sabirin şeirini xatırladır.

“Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə!
Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!..
Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin!
Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!

Bəsdir о bildikləri, kaş оnu da bilməsə!
Canıma оlsun fəda bir də üzü gülməsə!
Ta ki, о zеhnindəki fikrləri silməsə,
Sanma оla bəxtəvər, оxutmuram, əl çəkin!
Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!”

Bu gün müasir Azərbaycan təhsilinə nəzər saldıqda, dahi şairin məhz bu satirik şeiri yada düşürsə, vay gələcəyimizin halına…

Azərbaycan təhsili inkişaf etmək yerinə, hər gün sürətlə geri gedir. Buna səbəb isə sözügedən sahədə rəhbər vəzifələrə malik olduğu elmə görə deyil, şəxsi maraqlar naminə təyinatların olmasıdır. Belə düşünməyə isə dəfələrlə vurğuladığımız, direktorluq müsabiqələrində yüksək nəticələr toplamış müəllimlərin hələ də məqsədlərinə çata bilməməsi, eyni zamanda müsabiqələrdə iştirak etmədən, direktor vəzifəsinə yiyələnən direktor əvəzi şəxslərin bu gün yüzlərlə şagirdin təhsil aldığı təhsil müəssisələrinə rəhbərlik etmələridir.

Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayar, əvvəllər bütün imtahanlar test deyil, “bilet çəkmə” üsulu ilə aparılır, seçimə görə iki cür – yazılı, yaxud şifahi formada imtahan verilirdi. Özü də yalnız orta məktəbdə öyrəndikləri ilə. Lakin, təhsil müasirləşdikcə, yeni üsullar – valideynlərin “repetitr” adlandırdıqları, müəllimlər meydana çıxdı.

Qeyd: Ana dilimizə “dağ çəkən” ifadələrdən daha biri olan bu söz, valideynlərin “repetitr” dediyi, əslində isə “repeating” sözüdür. İngilis dilindən tərcümədə, “təkrar edən” deməkdir. Yəni, orta məktəbdə öyrəndiklərini təkrar edən.

Sözügedən “repetitr”lar meydana çıxdıqdan sonra, orta məktəblərdə təhsilin səviyyəsi daha da aşağı düşdü. Şagirdlər dərsdən sonra, orta məktəbdə onlara dərs verən eyni müəllimlərin yanına hazırlığa gedirlər. Maraqlıdır, əgər həmin müəllimlər normal təhsil verə bilirlərsə, əlavə hazırlıq nəyə lazım? Yox əgər orta məktəblərdə normal təhsil öyrədilmirsə, həmin müəllimlərdən əlavə dərs almaq nə işə yarayır?

Demək ki, təhsil övladlarımızı məqsədli şəkildə, maddi maraqlar naminə cahilliyə sürükləyir. Zatən, “məktəbdə normal dərs keçilmir” – deyən valideyinin, övladını həmin məktəbin müəlliminin yanına hazırlığa göndərməsinin özü də cahillik əlamətlərindən biridir. Təəccübləndirici tərəfi isə odur ki, bütün bunlara məktəb direktorları özü şərait yaradır və eyni zamanda Təhsil Nazirliyi də lap əvvəldən məsələdən xəbərdardır. Lakin, bunun üçün – məktəblərdə təhsilə “qəsd”in qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, bəzi beynini işə salaraq deyil, əlini cibinə salaraq, diplom əldə edən müəllimlərin məktəblərdə hələ də çalışmasına deyil, məhz nazirliyin özünün tətbiq etdiyi qaydalara uyğun olaraq, müsabiqələrdə yüksək nəticələr toplayanlara süni əngəllər yaradılır və gözlətməkdə davam etdirilir.

Çox da uzaq olmayan keçmişimizdə Binəqədi rayon Sulutəpə qəsəbəsində, 217 saylı tam orta məktəbin keçmiş 72 yaşlı direktoru (Alı Qocayevin həyat yoldaşı) Bənövşə Cəfərovanın yaşına, kim olduğuna və direktor kimi son çıxışına nəzər saldıqda, direktor olmaq üçün tələb olunan “vacibatlar”ın nələrdən ibarət olduğu aydın görünür. Doğrudur, Bənövşə xanımın məktəb tədbirində ucadan səsləndirdiyi paposlu çıxışı, ictimai qınağa səbəb oldu. Yəni, el dili ilə desək, “əl-ətəyini yığıb-yığışdıra bilmədilər”. Nəticədə isə xanımın direktorluq fəaliyyətinə son verildi.

Çıxışı xalqın hiddətinə səbəb olan direktor İcra başçısının həyata yoldaşı imiş

Yeri gəlmişkən, Bənövşə xanım da Gəncə müəllimlər institutunu bitirib. Bir İcra Hakimiyyətində önəmli vəzifə daşıyan şəxslərdən biri Gəncə müəllimlər institutu haqqında belə bir ifadə işlətmişdir ki, “Gəncə müəllimlər institutunda, kim pul verirsə, elə ordaca dizlərinin üstündə bir diplom yazıb verirlər”. Məhz buna görə, Gəncə müəllimlər institutunun fəaliyyətinə 2013-cü ildə son verildi. Lakin, təəssüflər olsun ki, sözügedən ali təhsil müəssisəsinin diplom satdığı çox şəxslər var ki, hələ də təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərirlər. Bir də nə yazıq ki, eyni qayda ilə diplom əldə etmək, başqa təhsil müəssisələrində hələ də mümkündür. Bu cür saxta yolla müəllim adını qazanan müəllimlərin bir neçəsini də pandemiya dövründə, “online” (distant) dərslər zamanı görmüş olduq. Maraqlıdır ki, yayılmış videogörüntülərini izləyib, güldüyümüz həmin müəllimlər, hələ də gələcəyimiz üçün zərərli olan fəaliyyətlərini davam etdirirlər.

“İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəsli çağa,
Etdiyi tədrisi ilan, qurbağa,
Dərs deyil, hərzəvü hədyandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Mən dəyişib şiveyi-əcdadımı,
Böylə oda salmaram övladımı!
Eyləmərəm dinsiz öz əhfadımı!
At çölə getsin, nə dəbistandı bu?!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Elm adına bir quru böhtandı bu!
Mirzə Ələkbər Sabir

Görəsən, o adi “vurma-bölmə”də çətinlik çəkən riyaziyyat müəllimi, ingilis dilini kitabdan olduğu kimi oxuyub, Azərbaycan ləhçəsində şagirdlərə sırıyan qocaman ingilis dili müəllimi (və s…) müəyyən zamanlarda müəllimlər üçün keçirilən imtahanlarda yüksək demirik, normal nəticələr toplayıbmı?! Sizi bilmirik, bizim üçün şübhəlidir. Daha doğrusu, ümumiyyətlə inandırıcı deyil.

Mövzuya qayıdacağıq.

DogruXeber.az

Təhsilin “öz əlliyi” – Əllərdədir – VİDEO

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər başları ilə, yoxsa cibləri … – VİDEO


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki