image-qanunla-reklam
image-yenigundem_e023f72f5a07a6caf575e534d7c74857_sk8ocg3nhrxu7e541mzf-620x460

Deputat ƏƏSMN-nin rəhbərliyinə təşəkkür edib – FOTO

image-lady-day-az

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Məmmədov Fərid Fariz oğlu ilə görüşüb, onu əlil arabası ilə təmin olunması münasibətilə təbrik edib.

Qanunla.Az xəbər verir ki, YAP Goranboy rayon təşkilatının inzibati binasında keçirilən görüşdə rayon ağsaqalları və ziyalıları, Fəridin ailə üzvləri iştirak edib.

Onu da qeyd edək ki, fiziki məhdudiyyətli vətəndaş 19 yaşlı Məmmədov Fərid Fariz oğlu əlil arabası ilə təmin edilməsinə köməklik göstərilməsi üçün bir müddət bundan öncə deputata müraciət etmişdir. Deputat da öz növbəsində müraciətin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib və vətəndaş Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlil arabası ilə təmin olunub. Ünvanlanan müraciətə operativ reaksiya verdiyinə görə  Anar Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Fəridin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki