image-qanunla-reklam
image-1667199506_1612123383__108215579_5307daab-821e-4190-b999-3a2fe641fbe0

Bu məktəblərdə noyabrın 7-si dərs olacaq

image-lady-day-az

“2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar təhsil müəssisələrində iş günləri tənzimlənib”.

Qanunla.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

“Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir”, – deyə C.Valehov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki