image-qanunla-reklam
image-telebe

Bu il Azərbaycanda ali məktəblərə imtahansız qəbul olunanları sayı açıqlandı

image-lady-day-az

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Artıq 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 50 nəfər respublika fənn olimpiadası, 98 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 32 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB və A-Level) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 314 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 124 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Aşağıdakı cədvəllərdə müsabiqədənkənar qəbul olunanların sayı və onların qəbul olunduqları ixtisaslarla daha ətraflı tanış ola bilərsiniz.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme və A-Level) üzrə qəbul olunanların sayı və qəbul olunduqları ixtisaslar

 

Say (nəfər) İxtisasın adı İxtisas kodu
1 Tibb (tədris ingilis dilində) 121248
6 Kömpüter elmləri 131113
6 Biznesin idarə edilməsi 131162
3 İqtisadiyyat 131179
1 Maliyyə 131187
5 Beynəlxalq münasibətlər 131195
5 Hüquqşünaslıq 131227
3 Kommunikasiya və rəqəmsal media 131235
1 İnformasiya təhlükəsizliyi 141125
1 Biznesin idarə edilməsi 141222

 

Beynəlxalq idman yarışların qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say (nəfər) İxtisasın adı İxtisasın kodu
41 Məşqçilik, Əyani 137165
31 Məşqçilik, Qiyabi 137173
1 Məşqçilik, Əyani 145695
23 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq 137157
2 Məşqçilik, Qiyabi 145719

Respublika və beynəlxalq fənn olimpiadaları qaliblərinin sayı və qəbul olunduqları ixtisaslar

Say (nəfər) İxtisasın adı İxtisasın kodu
7 Kimya mühəndisliyi 141133
1 Neft-qaz mühəndisliyi 141174
3 Politologiya 129284
4 Tarix müəllimliyi 111771
1 Tarix və coğrafiya müəllimliyi 122666
1 Tarix müəllimliyi 158363
14 Kompüter elmləri 131113
3 İnformasiya texnologiyaları 131146
5 İnformasiya təhlükəsizliyi 141117
1 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 142519
2 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 111747
1 Kompüter mühəndisliyi 141158
1 İnformasiya texnologiyaları 142235
1 Kompüter elmləri 111252
2 Riyaziyyat 131121
3 Elektrik və elektronika mühəndisliyi 131138
1 Biologiya 112695
1 Biologiya 112735

ADA Məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

Say (nəfər) İxtisasın adı İxtisasın kodu
28 Beynəlxalq münasibətlər (tədris ingilis dilində) 131195
22 Biznesin idarə edilməsi (tədris ingilis dilində) 131162
6 Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) 131219
2 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) 131138
18 Hüquqşünaslıq 131227
10 İnformasiya texnologiyaları (tədris ingilis dilində) 131146
3 İqtisadiyyat (tədris ingilis dilində) 131179
2 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində) 131235
15 Kompüter elmləri (tədris ingilis dilində) 131113
4 Kompüter mühəndisliyi (tədris ingilis dilində) 131154
13 Maliyyə (tədris ingilis dilində) 131187
1 Riyaziyyat (tədris ingilis dilində) 131121

SAT imtahanı nəticələrinə əsasən ADA Universitetinə qəbul olunanların sayı və ixtisaslar

Say (nəfər) İxtisasın adı İxtisasın kodu
42 Beynəlxalq münasibətlər (tədris ingilis dilində) 131195
34 Biznesin idarə edilməsi (tədris ingilis dilində) 131162
36 Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) 131219
14 Elektrik və elektronika mühəndisliyi (tədris ingilis dilində) 131138
47 İnformasiya texnologiyaları (tədris ingilis dilində) 131146
29 İqtisadiyyat (tədris ingilis dilində) 131179
24 Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində) 131235
26 Kompüter elmləri (tədris ingilis dilində) 131113
21 Kompüter mühəndisliyi (tədris ingilis dilində) 131154
28 Maliyyə (tədris ingilis dilində) 131187
13 Riyaziyyat (tədris ingilis dilində) 131121

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki