Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.

“Qanunla.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, A.Nağıyev bu təyinatadək BSU-nun rektor əvəzi idi.