image-qanunla-reklam
image-mehriban_aliyeva_bagca_010317_05

Azərbaycanda bağçalara kameralar quraşdırılacaq

image-lady-day-az

Uşaq bağçalarında kameralaşma sisteminin tətbiqi bizim üçün prioritet məsələdir. Bununla həm davranış, həm nəzarət, həm də davamiyyət məsələsinə diqqət etmək olar.

Qanunla.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, söhbət tək kameraların quraşdırılmasından getmir:

“Eyni zamanda bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, orada sistem qurmaq mümkün olsun. Hazırda çox az sayda bağçanın fiberoptik internetə çıxışı var. Qeyd edim ki, məktəblərin 80%-ni gələn ilin sonuna qədər internetlə təmin edəcəyik. Ümumilikdə proses mərhələli şəkildə aparılacaq. Razıyam ki, bağçalarımızda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayır. Lakin hesab edirəm ki, bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki