image-qanunla-reklam
image-img-20220801-wa0061-1-768x576

“Azərbaycan Dili və Əlifbası Günü” münasibətilə gənclərin iştirakı ilə “Ana dili hər bir xalqın milli kimliyidir” adlı tədbir keçirilib

image-lady-day-az

Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının,Salyan rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda,  dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının  əsas təminatçısıdır.  Azərbaycan  xalqının da ana dili onun milli varlığını müəyyən edən  başlıca amillərdəndir.  Ana dili dövlət rəmzlərimiz  olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial iqtisadi və elmi-mədəni həyatında  dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı. Ulu öndər Heydər Əliyev  dövlət dilinin  yeni inkişaf dönəmində  yaranmış vəziyyəti nəzərə alaraq  2001-ci il iyunun 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman imzaladı. İlk növbədə  müstəqil Azərbaycan dövlətinin  dil siyasətinin  müəyyənləşdirliməsi, formalaşması və möhkəmləndirilməsi  baxımından  müstəsna əhəmiyyət  daşıyan bu tarixi Fərman  dövlət dili  il bağlı  hərtərəfli və geniş  məlumatları özündə ehtiva edir. «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın imzalanması isə dilimizin inkişafı və təqdimatı üçün daha geniş imkanlar yaratdı. Belə ki, hər il 1 avqust tarixi ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. 2001-ci ildən  başlayaraq hər il  bu tarixi günün qeyd olunması Azərbaycan dilinin qorunması istiqamətində atılan addımların heabatının təqdimatında mühüm rol oynayır. Eyni zamanda, bu bayram günündə ötən dövrün nəticələri əsasında qarşıda  illərin prioritetləri müyyənləşdirilir,  görüləcək işlərin anonsu verilir. Dilimiz milli sərvətimizdir. Onun yad təsirlərdən qorunması və inkişaf etdirilməsi, tətbiqi sahəsinin genişləndirilməsi daim qarşıda dayanan vəzifələr sırasındadır. Dil ünsüyyət vasitəsi olaraq dövlətləri, xalqları biri-birinə yaxınlaşdırır.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımlara  diqqət yetirdikdə bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan dilinin saflığının qorunması, dilimizin dünya dil qrupları arasında mövqeyinin möhkəmləndirilməsi daim əsas məsələ kimi öndə olub və bu istiqamətdə görülən işlər davamlılığı ilə diqqət çəkir.
Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq gənclərlə görüşlərində milli ruhda, vətənpərvərlik ruhunda  tərbiyə olunmalarını, dövlət maraqlarını hər şeydən üstün tutmalaını qarşıya mühüm vəzifə kimi qoyur. Bildirir ki, gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi yaxşı öyrənməli, təbliğatına öz töhfələrini verməlidirlər. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən gənclərin xarici ölkələrdə təhsilinə dair Dövlət proqramında da əsas məqsədlərdən biri  milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğinə gənclərimizin töhfələrini artırmaqdır. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, Azərbaycan reallıqlarının təbliğatçıları kimi çıxış edirlər.

Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı «Azərbaycan dilinin saflığının  qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı  tədbirlər haqqında» Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası dilimizin saflığının qorunmasına  böyük töhfələr verir. Təbii ki, hər bir sənədin uğurlu icrası  zamanın tələbinə uyğun olaraq yeni təkmilləşmənin həyata keçirlməsi üçün növbəti Fərman və Sərəncamın imzalanmasını zərurətə çevirir. Artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu Qələbəmiz bütün sahələrdə təkmilləşmələrə, yeni sənədlərin imzalanmasına yol açır.
Qısa təhlil əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki,  harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağıran ulu öndər Heydər Əliyevin düşünülmüş  siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi özünü tarixi Zəfərimizdə  nümayiş etdirdi.  Qələbimizi şərtləndirən amillər sırasında birliyimiz, həmrəylimiz əsas yer tutdu. Bütün dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan  milli sərvətimizi- dilmizi qoruyaq, inkişafına  davamlı töhfələr  verək.
Salyan Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova çıxış edərək qeyd etmişdir ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır.Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra tədbirin bədii hissəsində gənclər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin bir hissəsini səhnələşdirib, Dədə Qorqud filmindən “İncəbellim”, “Can Azərbaycan” mahnılarını ifa edib və “Yallı” rəqsini oynayıblar.

Sonda “Azərbaycan Dili və Əlifbası Günü” münasibətilə hazırlanan videoçarx,sərgi nümayiş olunub.

image-img-20220801-wa0055-768x576 image-img-20220801-wa0057-768x576 image-img-20220801-wa0060-1-768x576 image-img-20220801-wa0059-1-768x576 image-img-20220801-wa0061-1-768x576


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki