image-qanunla-reklam
image-1671087411_1599214867_6799149f-053f-44ce-a2d4-78d49fd92c48

“4 müəllimdən biri minimal balı toplaya bilməyib” – Nazir

image-lady-day-az

“Sertifikasiya imtahanında 60 sual verilib, onlardan 50-si ibtidai sinfə aid suallardır”.

“Qanunla.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazirin sözlərinə görə, ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanına başlamaq boşuna deyildi:

“Uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklərə yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertifikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arasında qross əməkhaqqımız 1000 manata yaxındır. Bu, çox yaxşı rəqəmdir. Pis xəbər odur ki, hər 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 8787 (76 %) nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. Bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən biri yoxdur ki, bu imtahandan kəsilsin”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki