image-qanunla-reklam
image-1665991782_ff5a1ad8-a8b5-45b9-b9f0-29259e5f8905

211 nömrəli məktəbdə olaylar getdikcə böyüyür – VİDEO

image-lady-day-az

Qanunla.az: – Bir neçə gündür gündəmi çalxalayan mövzulardan biri də 211 saylı məktəbdə baş verən direktor, laborant münaqişəsidir.

Xatırlatmaq üçün qeyd edək ki, ötən həftə 211 saylı məktəbin fizika laborantı Ayna Əmirova “DogruXeber.az” redaksiyasına işdən könüllü ərizəsi ilə çıxması üçün sözügedən məktəbin direktoru Həcər Mahmudovanın ona təzyiq göstərdiyini və bunula bağlı “Kanal14” YouTube kanalımızda canlı yayımda bəzi açıqlamalar vermək istədiyini bildirdi.

Ayna Əmirovanın müraciətindən dərhal sonra 211 nömrəli məktəbin direktoru Həcər Mahmudovanın mobil nömrəsinə nə qədər zəng etsək də Həcər xanım zənglərimizə cavab vermədi.

Ertəsi gün Ayna Əmirova “Kanal14” YouTube kanalında “Kamalın zamanı” proqramında qonaq oldu və məktəbdə cərəyan edən bir neçə qanunsuzluq halları barəsində açıqlamalar verdi.

Sözügedən proqramı təqdim edirik:

Ayna xanımın açıqlamalarından sonra direktorun tərəfdarları şərh bölməsində Ayna Emirovaya qarşı sərt ifadələr yazdılar. Bu dəfə isə direktor tərəfdarlarının Ayna Əmirovaya qarşı təzyiqlərindən qəzəblənən Kəmalə Əzimzadə redaksiyamıza müraciət edib, Ayna Əmirovanın dediklərində haqlı olduğunu və “Kanal14” kanalında onun da əlavə olaraq açıqlamaq istədiyi faktların olduğunu bildirdi.

Qeyd edək ki Kəmalə Əzimzadə 211 nömrəli məktəbdə həm də həmkarlar təşkilatının sədri idi. Ayna Əmirova barəsində mənfi təqdimat vermədiyinə görə direktor Həcər Mahmudovanın komitəyə şikayəti əsasında o həmkarlar təşkilatındaki vəzifəsindən kənarlaşdırılıb.

Əlavə olaraq, qeyd edək ki, Ayna Əmirova və Kəmalə Əzimzadənin iddialarına görə hazırda sözügedən məktəbdə başqa 2-3 nəfər də rəsmi olaraq xadimə, realda isə laborant olaraq çalışır.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki