image-qanunla-reklam
image-311491168_674429350703513_3083593359915636889_n

Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar

image-lady-day-az

Oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad olunmasından iki il keçdi. Əlamətdar günün ikinci ildönümü Azərbaycan üçün daha bir əlamətdar günlə tarixə düşdü. Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.Açılış mərasimində iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib. Prezident Ərdoğanın təyyarəsi birbaşa Zəngilan Beynəlxalq Hava Limanına eniş edib. Qardaş ölkənin liderini Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən qarşılayıb. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Türkiyə Prezidentinin 20 oktyabr Zəngilan səfəri də iki ölkənin qardaşlığından başqa, bölgə ölkələrinə də mesaj sayılır. Siyasi analitiklər hesab edir ki, bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır, İkinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə-Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir.Türkiyə hər addımda Azərbaycanla birlikdədir.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin müəllimi Lətifli Tükəz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki