image-qanunla-reklam
image-311566503_674429327370182_8242710564599860350_n

Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir

image-lady-day-az

Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və abadlıq quruculuq işləri və bu işlərin Azərbaycanın öz vəsaiti hesabına aparması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gündə cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu inkişaf yolunun bariz nümunəsidir. Prezident cənab İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. 2020-ci ildə torpaqlarımızın düşmən tapdağından azad olunmasından sonra Qarabağda ikinci böyük hava limanının açılışı Azərbaycan dövlətinin nə qədər güclü olduğunu bir daha sübut etdi. Zəngilan Hava Limanının açılışı Qarabağ və Zəngəzur üçün çox önəmli hadisədir. Hava limanın açılışı Zəngilanın azad olunması  2 il sonraya təsadüf etməsi və eyni zamanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın açılışda iştirakı xüsusi məna daşıyır. Füzuli hava limanının həmdə Zəngilan hava limanlarının açılışında Türkiyə prezidentinin şəxsən iştirakı Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin yüksək pilləyə qalxdığını deməyə əsas verir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki