image-qanunla-reklam
image-zaxarova-lavrov

Zaxarovanın Qarabağ “etirafı” və “yeni gərginlik” arzusu…

image-lady-day-az

Rusiya XİN sözçüsü Mariya Zaxarova bununla demək istəyib ki, İrəvan NATO-ya deyil, Rusiyaya arxalansaydı, Kreml Qarabağın Azərbaycanın nəzarətinə keçməsini əngəlləyərdi.

Qanunla.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Mariya Zaxarovanın İrəvanın NATO ölkələri ilə “məsləhətləşəndən sonra” Qarabağla bağlı qərar verdiyi, bundan Rusiyanın xəbəri olmadığı haqda açıqlamasını şərh edərkən deyib.

“Birincisi, NATO Ermənistana təhlükəsizlik təminatı verməyib ki, İrəvan Qarabağla bağlı Şimali Atlantika Blokundan dəstək gözləsin. İkincisi, İrəvan Kremlə arxalanaraq KTMT-dən dəstək istəsəydi belə, bu Azərbaycanın Qarabağı nəzarətə götürməsinə mane olmayacaqdı.

Mariya Zaxarova Brüsselə səfərə hazırlaşan Baş nazir Nikol Paşinyana Kremlin növbəti xəbərdarlıq mesajını da gönərib: “Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa Birliyi, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır”. Zaxarova bu cümləsi ilə Azərbaycanın yerinə qərar verib. Azərbaycan 4 kəndin geri qaytarılmasını istəyir, ancaq İrəvanın ABŞ, Avropa Birliyi və ya Böyük Britaniya ilə yaxınlığına görə yeni müharibəyə başlamayacaq”, – politoloq bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki