image-qanunla-reklam
image-1672300968_bb40d806-8653-3e0f-9727-98f568da1012_850jpg-1672297072

Yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?

image-lady-day-az

“Azərbaycan Prezidenti dünən “Əmək pensiyaları haqqında” qanununda dəyişiklikləri təsdiq edib”.

Qanunla.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

“Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Dünən təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır. Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur. Əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o staj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Bu dəyişikliklər ilə 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki