image-qanunla-reklam
image-1640157135-anar-kerimov

“Yardım alanların yarıdan çoxu qadınlar və uşaqlardır” – Nazir müavini

image-lady-day-az

“Hazırda 200 mindən artıq vətəndaşımız ünvanlı sosial yardım alır. Bu yardımı alanların yarıdan çoxu qadınlar və uşaqlardır”. 

Qanunla.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, bu ilin 9 ayında 62 mindən artıq vətəndaşımız işlə təmin olunub:

“İşlə təmin olunanların 15 mini qadınlardır. Onların 3200-ü özünüməşğulluq proqramına cəlb olunub. Bu bir daha onu göstərir ki, bizim ailələr güclənir və qadınlar burada daha aktiv rol oynayır. Dövlət uşaqlara daha böyük qayğı göstərir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki