image-qanunla-reklam
image-1653982407-1650960074_1650960089884

Vüqar Gülməmmədov Palatanın rəyini Milli Məclisə təqdim etdi

image-lady-day-az

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi davam edir.

“Qanunla.az” xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib.

O, qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib.

Büdcənin əsas parametrlərinin doğruluğu ilə bağlı rəydə əks etdirilmiş makroyanaşmaları diqqətə çatdırıb.

Bildirilib ki, rəy icra edilmiş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.

Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Palatanın apardığı təhlillər barədə geniş məlumat verib. Büdcənin icrası ilə bağlı bir sıra təklifləri səsləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki