image-qanunla-reklam
image-yap

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi

image-lady-day-az

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi

Yeni Azərbaycan Partiyasının yarandığı dövrdən siyasi həyatında toplanmış müsbət təcrübənin qorunması vəzifəsini, habelə perspektiv strateji hədəfləri müəyyən etmiş YAP-ın son Qurultayında qeyd olunmuşdur ki,  görülən işlər ölkənin uzunmüddətli dayanıqlı inkişafını təmin etməlidir və dövlətin milli maraqları daim qorunmalıdır. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri milli maraqlar əsasında müəyyən olunur. Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə artır. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurmalıdır. YAP-ın son Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, İdarə Heyəti, Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edilmiş, həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırılmışdır ki, bu da müasir dövrün tələblərinə uyğun olaraq partiyanın qarşısında yeni vəzifələr qoymuşdur.

Hazırda Yeni Azərbaycan Partiyası qarşısında duran vəzifələrdən biri də istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əməkdaşlığa daim açıq olmaqla partiyalar arası siyasi dialoqu stimullaşdırmaqdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi və siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malik olacaqdır. Ölkəmizdə sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz  genişmiqyaslı islahatlar aparan dövlət kimi tanınır.

 

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Azİnformasiya Agentliyinin Baş  redaktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki