image-qanunla-reklam
image-ukrayna-ordusu

Ukrayna Xarkovda 300 yaşayış məntəqəsini azad etdi

image-lady-day-az

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Xarkov vilayətinin azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Sentyabrın 6-dan bu günə kimi 3800 kvadratkilometr ərazi, 300-dən çox yaşayış məntəqəsi və 150 ​​minə yaxın insan işğaldan azad edildi. Bu insanlar əslində burada girov olublar”, – Malyar bildirib.

O qeyd edib ki, əməliyyat Xarkov vilayəti tam azad olunana qədər davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki