image-qanunla-reklam
image-fotojet-55-2

Təhsil müəssisələrinə götürülən işçilərin psixikası yoxlanılır, ya yox? – AÇIQLAMA + VİDEO

image-lady-day-az

Uşaq reabilitasiya mərkəzində tərbiyəçilərin, müəssisə əməkdaşlarının uşaqlara qarşı zorakılıq etdiklərinə dair videogörüntülər, eləcə də belə halların digər müəssisələrdə də olması haqda iddialar valideynlər arasında ciddi narahatlıq yaradıb. Nəzərə alaq ki, çox az ailə var ki, orada valideynlərin hər ikisi çalışmasın. Bu səbəbdən valideynlər övladlarını dövlət və ya özəl bağçalara etibar edirlər. Amma burada bir vacib sual doğur: işçilər bu etibarı doğrulda bilirlərmi?

Hələ xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan müəssisələr də var. Yayılan videogörüntülərdən biri məhz Bakıda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı idi.

Ümumiyyətlə, bu cür hadisələr digər müəssisələri də kölgədə qoyur. Bəs bu kimi hallar yaşanmasın deyə həmin müəssisələrə götürülən işçilər hansı yoxlamalardan keçməlidirlər? Pedaqoqlar psixoloji yoxlamalardan keçirilməlidirlər, yoxsa yox?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, nitq qüsurlu uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisədə yaşanan xoşagəlməz hadisə hər kəsi sarsıdıb:

“Həmin müəssisədə uşağa qarşı olan şiddət insanlarda hiddət doğurdu. Haqlı bir sual ortaya çıxdı ki, bu cür müəssisə necə fəaliyyət göstərir? Onların fəaliyyətinə icazə hansı şərtlər altında verilir? Təhsil müəssisələri vergi və digər bir çox güzəştlərdən yararlana bilir. Eyni zamanda, sadəcə hüquqi şəxs kimi qeydiyyatdan keçmək kifayət edir. Bunun üçün ayrıca bir sertifikat, lisenziya alınmasına ehtiyac duyulmur. Amma bu hadisələrin fonunda, düşünürəm ki, bu cür müəssisələr fəaliyyətə başlayarkən Səhiyyə və Təhsil nazirliklərindən müvafiq sertifikat, lisenziya almalıdır. Bu işlə məşğul olan şəxslər isə müəyyən standartlara cavab verməlidirlər.

Bu tip müəssisələr sosial fəaliyyətinə görə alqışlanmalıdır, lakin müəssisəyə cəlb edilən psixoloqlar, təlim-tərbiyəçilər mütləq yoxlanılmalı, xüsusilə psixoloji durumlarına baxılmalıdır”.

Nitq qüsurlu, eləcə də müxtəlif fiziki məhdudiyyəti olan uşaqlarla işləyəcək şəxslərin xüsusi işləmə bacarıqlarını təsdiqləyəcək diplomlarının olmasının vacibliyini vurğulayan ekspert bu nüansların böyük ehtimalla diqqətdən qaçdığını qeyd edir:

“Bu müəssisələrdə hər şey çox şəffaf olmalıdır. Məsələn, inkişaf etmiş ölkələrdə də zaman-zaman bu kimi hallar yaşanıb, ictimailəşdirilib. Ümumiyyətlə, bu cür müəssisələrdə valideynlərin öz övladlarını 24 saat müşahidə edə bilmələri üçün şərait yaradılmalıdır. Bu xidmətlər, şəffaflıq, təbii ki, müəssisədə çalışan şəxslərin öz hərəkətlərinə diqqət etmələrinə, qətiyyən şiddətə cəhd etməmələrinə gətirib çıxarır. Digər tərəfdən də tədris müəssisələrində, uşaq bağçalarında bu, xidmət kimi valideynlərə təqdim edilməlidir”.

Ekspert bu ildən etibarən bağçalara nəzarətin Təhsil Nazirliyinə verildiyini diqqətə çatdıraraq əməkdaşların işə qəbulu zamanı bu nüanslara ciddi riayət olunacağına ümid etdiyini deyib:

“Burada həm rəhbər şəxslər, həm pedaqoji heyət mərkəzi yerləşdirmə, imtahan və sertifikasiyadan sonra işə qəbul edilirlər. Özəl müəssisələrə işə qəbul prosesinə dövlət müdaxilə edə bilmir, lakin bu cür məqamları nəzərə alaraq müəyyən standartlar tələb edə bilər. Məsələn, müvafiq staj, baza təhsili, fiziki məhdudiyyətli uşaqlarla işləmə bacarığı və s. yoxlanıla bilər. Eyni zamanda vaxtaşırı monitorinqlər aparmaq vəziyyətə qismən də olsa müsbət təsir edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki