image-qanunla-reklam
image-5rvuvdx5ko_01

TARİXİ ŞUŞA BƏYANNAMƏSİNİ  İMZALAYARAQ TÜRKİYƏ  VƏ AZƏRBAYCAN RƏSMƏN MÜTTƏFİQLİK ZİRVƏSİNƏ UCALDI

image-lady-day-az

TARİXİ ŞUŞA BƏYANNAMƏSİNİ  İMZALAYARAQ TÜRKİYƏ  VƏ AZƏRBAYCAN RƏSMƏN MÜTTƏFİQLİK ZİRVƏSİNƏ UCALDI.

 

“Ölkəmizdə öz möhtəşəmliyi və əlamətdarlığı ilə yadda qalan “TEKNOFEST Azərbaycan” festivalı baş tutdu. Festivala maraq çox böyük idi, demək olar ki, respublikamızın hər yerindən ziyarətçilər bura axışırdı. Həmçinin festivalın peşəkarlar tərəfindən hazırlanması və keçirilməsi onun möhtəşəmliyini daha da artırırdı. Festival çərçivəsində keçirilən müsabiqələr, şagirdlərin və tələbələrin böyük şövqlə və istəklə bura qatılması, özlərini sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını bir daha təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən festival onlarda elm naminə çalışmaq, yeniliklər etmək, sağlam mühütdə rəqabət aparmaq kimi mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. İnanırıq ki, yarışlarda iştirak edən gənclər gələcəkdə elmi nailiyyətləri ilə bütün dünyaya səs salacaq, ölkəmizi ləyaqətlə təmsil edəcəklər. “TEKNOFEST Azərbaycan” çərçivəsində təşkil olunan sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları ziyarətçilər tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı. Daha qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin pilotlarının möhtəşəm hava şousu idi ki, çətin manevrlərin öhdəsindən ləyaqətlə gəlməklə izləyiciləri heyrətə gətirirdilər”.

Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində… Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq”.Bunu da ölkə başçımız cənab   İlham Əliyevin festivaldakı çıxışında təsadüfən söyləmədi və haqlı olaraq qeyd elədi ki, 2-ci Qarabağ savaşı zamanı Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh, ilham və inam vermiş oldu: “Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.Çıxışının davamında isə bildirdi: “Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər Paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”.

Doğrudan da, artıq bizi istəməyən dairələr belə, qəbul edir ki, Türkiyə-Azərbaycan tandemi regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmi və faşizmini əsas önləyici faktoruna çevrilib. Bu reallıq fonunda İlham Əliyevin aşağıdakı sözləri xüsusi məna kəsb edir: “Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”.İki qardaş ölkənin sarsılmaz birliyi isə əlbəttə ki, ilk növbədə konkret simalara – uzaqgörən və müdrik liderlərə, Türk dünyasının böyük oğullarına, dəyərli insanlarına, o sırada alimlərinə borcludur. Onların əməl və fəaliyyətləri, yaratdıqları örnəklər, qazandıqları uğurlar şübhəsiz, gələcək nəsillər üçün mayak rolu oynayacaq.

 

Zərdab rayon  Heydər Əliyev Mərkəzinin fond mühafizi – Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki