image-qanunla-reklam
image-1675574714_2cccadd4-39a2-3c6f-b49f-c07a4fb00464_850

Sülhməramlıların daha 2 avtomobili Xankəndi -Laçın yolundan maneəsiz KEÇİB

image-lady-day-az

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Qanunla.Az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük maşınları Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 56 gündür davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki