image-qanunla-reklam
image-1667283407_313421353_10230083212482362_8586121469995789643_n

“Soçi görüşü Azərbaycan diplomatiyasının uğurudur” – Deputat

image-lady-day-az

“Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsi vahid yanaşma kimi bir daha təsdiq edildi”.

Qanunla.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür:

“Bunu Ermənistan bir daha qəbul etdi. Tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə 2 il öncə həll edilib. Bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir.

Bu, diplomatiyamızın  gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki