image-qanunla-reklam
image-1662180594_105541100-1662177485

Silahlı insidentdə 8 polis həyatını itirdi

image-lady-day-az

Kolumbiyanın mərkəzi hissəsindəki Huila inzibati bölgəsində bombalı və silahlı hücum  olub.  

Qanunla.az xarici KİV-ə  istinadən xəbər verir ki, 2 patrul maşını sosial yardım proqramından Neiva şəhərinin San Luis qəsəbəsinə qayıdarkən insident yaşanıb.

Yolun çətin olduğu bölgədə bomba, daha sonra isə uzun lüləli silahlarla hücuma məruz qalan 2 patrul maşınına atəş açılıb, 8 polis əməkdaşının həyatını itirdiyi bildirilib.

Hücumun səbəbkarları hələ müəyyən edilməsə də, Huila bölgəsində 2016-cı ildə Kolumbiya hökuməti ilə imzalanan sülh müqaviləsinə qarşı çıxan Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinə (FARC) aid qrupların olduğu məlumdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki