Şagirdlərə qrafik dizayn məhsullarının hazırlanmasını tədirs edən layihə başlayır.
Qanunla.Az xəbər verir ki, Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbi “Qrafik dünya” təhsildə dizayn bacarıqlarının öyrədilməsi layihəsinin icrasına başlayıb.
Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə icra olunan layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. Layihə 6 ay müddətində icra ediləcək.
“Qrafik dünya” təhsildə dizayn bacarıqlarının öyrədilməsi layihəsinin rəhbəri məktəbin direktoru Tünzalə Zeynalovadır.
Layihənin məqsədi orta məktəb müəssisələrində qrafik dizayn bacarıqlarının tədris edilməsidir.
Layihə 20 müəllim 20 şagird üçün qrafik dizayn bacarıqlarını tədris edən kursun formalaşdırılmasını hədəfləyir.
Dizayn kursunu bitirən iştirakçılar poster, vizitkart, flayer, buklet, dəvətnamə, jurnal, kataloq, loqo və bu kimi qrafik dizayn məhsullarını sərbəst hazırlaya biləcəklər.