image-qanunla-reklam
image-1663745442-gettyimages_647867088_id37517_1300x820_9_650x410

Rusiyada Putinin səfərbərlik qərarı əleyhinə etiraz aksiyası planlaşdırılır

image-lady-day-az

Rusiyada ölkə prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik qərarı əleyhinə etiraz aksiyası planlaşdırılır. 

Qanunla.az xəbər verir ki, bu barədə “Vesna” hərəkatının məlumatında deyilir.

Fəallar rusiyalıları ölkənin bütün şəhərlərində aksiya keçirməyə çağırır. Kampaniyanın bu gün, sentyabrın 21-i yerli vaxtla axşam saat 7-də (Bakı vaxt ilə 18:00) başlaması planlaşdırılır.

“Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi. Bu o deməkdir ki, minlərlə rus kişisi – atalarımız, qardaşlarımız və ərlərimiz müharibəyə atılacaq. Onlar nə üçün öləcəklər? Analar və uşaqlar nə üçün göz yaşı tökəcəklər. Putinin sarayı üçün?”, – mesajda deyilir.

Xatırladaq ki, bu gün Putin çıxış edərək Rusiya Federasiyasında qismən səfərbərlik elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki