image-qanunla-reklam
image-cek

Özəlləşdirmə çekləri və buraxılan səhvin fəsadları: «Dövlətimiz gərəkli addımları atacaq»

image-lady-day-az

“Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vaxtında yararlana bilməyən vətəndaşlar üçün bir şans ola bilər”.

Azərbaycanda hüquqi bazanın formalaşması fonunda cəmiyyətin aktual problemlərinin həlli istiqamətində addımlar atılsa da, bəzi məsələlər hələlik öz həllini tapmayıb. Bunlardan biri özəlləşdirmə çekləri ilə bağlı məsələdir. Belə ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Fərmana görə, bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Ötən il əlində çekləri qalan 24 mindən çox vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubla BURADAN tanış ola bilərsiniz.

Məsələ ilə bağlı Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Millitribuna.az-a açıqlamasında bildirib ki, ölkədə hər zaman hüququ pozulan vətəndaşlara dövlət dəstəyi olub və var:

“Özəlləşdirmə çekləri dövlətin qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Qeyd etmək lazımdır ki, vətəndaşlara verilən özəlləşdirmə çeklərinin bəsit kağız parçası dəyərinə düşürülməsi vətəndaşa xeyli ziyan vurdu. Bu baxımdan bu gün zamanında buraxılan səhvin düzəldilməsinə ehtiyac var. Hesab edirəm ki, bu gün ölkədə vətəndaş hüququnun müdafiəsi və vətəndaş faktoru böyük rol oynayır. Cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında vətəndaş faktorunun dövlətin prioritet məsələlərindən olduğunu vurğulayıb. Eyni zamanda vətəndaşın rifahının yaxşılaşdırılması dövlətin ən vacib məsələlərdəndir.
Ona görə də bu gün özəlləşdirmə çekləri ilə bağlı qaldırılan məlum məsələ sadəcə bir yolla daha operativ və obyektiv yanaşma nöqteyi-nəzərindən daha effektiv ola bilər deyə düşünürəm.

Bu gün özəlləşdirmə çekləri ilə bağlı vətəndaşlara kompensasiya ödənilməsi daha məqsədəuyğun olardı. Hazırda isə vətəndaşlara ödənəcək həmin qeyd etdiyim kompensasiyanın mexanizminin müəyyənləşməsinə ehtiyac var.
Düşünürəm ki, hazırda sözü gedən mexanizmin müəyyənləşməsi və vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılması birmənalı olaraq vətəndaşların rifahına təsir edəcək faktordur. İnanıram ki, özəlləşdirmə çekləri ilə bağlı dövlətimiz gərəkli addımları atacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki