image-qanunla-reklam
image-29th-independece-day-of-azerbaijan-and-leadership-of-president-ilham-aliyev

Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur

image-lady-day-az

Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur

 Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafı, əldə olunan nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günü gündən artmasına zəmin yaradır. Təsadüfi deyil ki, dünyada respublikamızla əməkdaşlıq münasibətlərini dərinləşdirmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Bu münasibətlər fonunda Azərbaycan-İtaliya əlaqələri xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın xarici siyasətində İtaliya ilə münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bir neçə gün öncə Prezident cənab İlham Əliyevin İtaliya Respublikasına səfəri, səfər zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələrin aparılması, dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan səfirliyinin yeni binası açılışının olması, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilməsi hər iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının yüksək səviyyədə olmasından və uğurlu inkişafından xəbər verir. Həyata keçirilən tədbirlər Azərbaycan və İtaliya arasındakı əlaqələrin daha da inkişaf etməsinə şərait yaratmaqla beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcəkdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki