image-qanunla-reklam
image-1690610492_1616773296_59-p-probuzhdenie-krasivo-65

Nə qədər yuxuya ehtiyacımız var?

image-lady-day-az

Harvard Universitetinin professoru Daniel Liberman tam dincəlmək üçün həqiqətən nə qədər yuxuya ehtiyacımız olduğuna dair maraqlı məlumatlar paylaşıb.

“Qanunla.az” xəbər verir ki, o, bu  barədə “Daily Mail” nəşrinə danışıb.

Professorun sözlərinə görə, böyüklərin hər gecə düz səkkiz saat yuxuya ehtiyacı yoxdur.

O, qadcetlərdən, televizordan və hətta elektrik işığından istifadə etməkdən imtina edən insanları misal çəkib. Yuxunu ölçmək üçün onların üzərinə xüsusi sensorlar quraşdırıldıqda məlum olub ki, onlar gündə cəmi altı-yeddi saat yatırlar və bu, onların yaxşı istirahət etmələri üçün kifayətdir.

Professor izah edib ki, işıq, uzun müddət televizora baxmaq və ya yatmazdan əvvəl telefonlardan istifadə etmək normal vaxtda yatmağımıza mane olur. Araşdırmalar göstərib ki, əgər biz smartfon və ya televizor ekranı qarşısında uzun saatlar keçirməsək, o zaman yatmaq üçün daha az vaxta ehtiyacımız olacaq.

“Hər kəsin bir gecədə düz səkkiz saat yatması fikri doğru deyil. Yetkinlər üçün tövsiyələr yeddi-doqquz saat, 6-12 yaş arası uşaqlar üçün doqquz-on iki saat, yeniyetmələr üçün isə səkkiz-on saat yuxudur. Unutmayın ki, hər bir orqanizm tam istirahət etmək üçün fərqli miqdarda yuxuya ehtiyac duyur”., Liberman yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki