image-qanunla-reklam
image-bybn8apxez

Müttəfiqlik xarakterli əlaqələr

image-lady-day-az

Müttəfiqlik xarakterli əlaqələr.

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən  tədbirdə ölkə başçımız qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdırlar.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə TDT-nin fəlakət-fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək Fövqəladə Zirvə görüşünün çağırılması dövlətimizin başçısının qeyd etdiyimiz bəyanatlarının davamıdır. Qardaş Türkiyədə baş vermiş son zəlzələlər ilə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olmuşdur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, zəlzələ ilə əlaqədar Azərbaycan tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat təşkil etmişdir.Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində sıx çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkəcək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr aparacaqlar.

Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısının Səmərqənd Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, TDT çərçivəsində əməkdaşlığa əlavə praktiki məzmun verilir. Sammit çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə də mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın qəbul olunması gözlənilir. Həmçinin Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin də imzalanması nəzərdə tutulur. Qeyd edilməlidir ki, bu Fondun yaradılması təşəbbüsü Prezident cənab İlham Əliyevə məxsusdur. Məhz Azərbaycan Prezidenti 2014-cü ilin iyununda Bodrumda keçirilən IV Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüslər, atılan konkret addımlar və əldə olunan müsbət nəticələr Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın mötəbər beynəlxalq təşkilatlara uğurlu sədrliyi nəticəsində qazanılmış zəngin təcrübənin, uzaqgörən və təşəbbüskar liderlik qabiliyyətinin göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının sədrliyindən tutmuş mötəbər beynəlxalq təşkilatlara uğurlu rəhbərlik epopeyası şəxsən Prezident cənab İlham Əliyevin və onun sürətlə inkişaf etdirərək dünya arenasında layiqli mövqeyə çatdırdığı müstəqil Azərbaycan Respublikasının ardıcıl nailiyyətləridir. Cəmi yarım ay ərzində – martın 2-də dövlətimizin başçısının sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas Qrupunun Zirvə görüşü, martın 9-11-də X Qlobal Bakı Forumunun keçirilməsi, bu gün isə dövlətimizin başçısının TDT-nin fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin çevik, fəal, uğurlu xarici siyasətinin növbəti bariz nümunəsidir.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki