image-qanunla-reklam
image-fb_img_1735407546298

Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkil etdiyi müsabiqə qaliblərinin təltifetmə mərasimi keçirilib

image-lady-day-az

28 dekabr tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin elan etdiyi “Naxçıvan aylığı” və Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkil etdiyi “Riyaziyyat aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinin təltifetmə mərasimi keçirilib.

Qanunla.Az xəbər verir ki, tədbirin ilk hissəsində “Naxçıvan aylığı” çərçivəsində təşkil olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ağdaş rayonu M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli gimnaziyanın şagirdi Məkeykə Zəkəriyyəyeva birinci yerə, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin şagirdi Gülay Kərimli ikinci yerə, Kürdəmir rayonu Mollakənd tam orta məktəbinin şagirdi Nuray Həsənli isə üçüncü yerə layiq görülüb. Mingəçevir şəhəri N.Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi Xədicə Nəbiyeva və Yevlax rayonu İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbin şagirdi Lamiyə Əsədovaya isə yazdıqları inşalara görə təşəkkürnamələr təqdim olunub.

Təltifetmə mərasiminin növbəti hissəsində “Naxçıvan aylığı” çərçivəsində keçirilən debat müsabiqəsinin qalibləri və ən yaxşı natiqləri mükafatlandırılıb. Birinci yerə Mingəçevir şəhəri N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin şagirdləri Elmira Azayeva, Nərmin Abdullayeva və Ruhin Həsənzadə, ikinci yerə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Faiq Adıgözəlli, Albert Adıgözəlov və Ağalar Məmmədov, üçüncü yerə isə Kürdəmir şəhəri T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdləri Həqiqət Məmmədova, Ceyran Abdulova və Aysu Babayeva layiq görülüb. Bundan başqa Ceyran Abdulova müsabiqənin ən yaxşı I natiqi, Elmira Azayeva ən yaxşı II natiqi, Nəzrin Məmmədova isə ən yaxşı III natiqi seçilib. Həmçinin müsabiqənin hakimləri – Etiram Sadıqzadə, Səbinə Əliyeva və Hüseyn Əliyevə təşəkkürnamələr təqdim edilib.

Son olaraq “Fənn aylıqları” çərçivəsində Kürdəmir şəhərində keçirilən “Elmlər rəqəmlərdə” bilik yarışının qalibləri mükafatlandırılıb. Yarışın nəticələrinə əsasən, birinci yeri Kürdəmir, ikinci yeri Göyçay, üçüncü yeri isə Mingəçevir komandası tutub. Hər bir komandada yeddi şagird iştirak edib.

Mərasim iştirakçılar arasında böyük maraq doğurub və gələcəkdə bu cür tədbirlərin davam etdiriləcəyi vurğulanıb.

image-fb_img_1735407546298 image-fb_img_1735407548939 image-fb_img_1735407551752 image-fb_img_1735407554289 image-fb_img_1735407556740 image-fb_img_1735407559370 image-fb_img_1735407562080 image-fb_img_1735407566067 image-fb_img_1735407572603 image-fb_img_1735407575035 image-fb_img_1735407577749 image-fb_img_1735407587524 image-fb_img_1735407597873 image-fb_img_1735407600812 image-fb_img_1735407603652


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki