image-qanunla-reklam
image-1674631944-25241969_0_0_3072_1728_1920x0_80_0_0_d3e2d6b871e53c9dc0c42337289e1773-jpg

“Kılıçdaroğlu seçkilərdə Ərdoğana yeganə rəqib olacaq” – KİV

image-lady-day-az

Türkiyədə qarşıdan gələn prezident seçkilərində böyük ehtimalla müxalifətdən yeganə namizəd Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu olacaq. 

Qanunla.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat dərc edib.

“Digər partiyalar Kılıçdaroğlunun vahid namizədliyinə əmin idilər. Akşener (İYİ Partiyanın lideri) kənarda qalan yeganə şəxs idi. Kılıçdaroğlunun namizədliyi indi İYİ Partiyada qəbul olunub”, – məlumatda deyilir.

Bildirilir ki, “altılı masa” Kılıçdaroğlunu vahid namizəd kimi irəli sürməsə, o, Cümhuriyyət Xalq Partiyasından namizədliyini irəli sürəcək.

Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan bir müddət əvvəl ölkədə ümumi prezident seçkilərinin mayın 14-nə təyin edildiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki