Müğənni Hadisə ilə boşanma mərhələsində olan Mehmet Dinçerler Hülya Avşar qızı Zehra Çilingiroğlu ilə birlikdə tətildə görüntülənib.

“Qanunla.az” xəbər verir ki, sevgili olduğu iddia edilən cütlüyün səmimi görüntüləri diqqət çəkib.

Bildirək ki, 34 yaşlı Mehmet Dinçerler bu ilin aprel ayında Hadisə ilə ailə həyatı qurub. Evliliklərini ictimaiyyətdən uzaq yaşayan Mehmet Dinçerler və Hadisə cütlüyü ötən günlərdə boşandıqlarını açıqlayıblar.

Buna səbəb isə  Dinçerlərin evliliyindən qısa müddət sonra Hadisənin sənət həyatını məhdudlaşdırmağa yönəlmiş rəftar və davranışlara başlaması olub.