image-qanunla-reklam
image-1670488398_maas

Gələn il maaş və pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

image-lady-day-az

“Problem ondan ibarətdir ki, ölkəmizdə maaş, təqaüd və sosial müavinətlər çox aşağıdır”.

Bunu “Qanunla.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bunların kəskin artırılması qərarı verilsə, digər sahələrdə struktur, sistemli yanaşma olaraq dəyişikliklər olmasa, artım inflyasiyanı sürətləndirən amilə çevrilər:

“Yəni, pul kütləsi artır, təkliflər isə yerində qalır. Bazarın təkliflər həcmi artmır, nəticədə inflyasiya sürətlənir. Ona görə də qiymət artımı və onun əhaliyə vurduğu ziyanın konpensasiya olunması ilə mübarizədə maaş, pensiya və sosial müavinətlərin artırılması yetərli deyil. Bunun üçün başqa qərarlar da verilməlidir. Gələn il təqaüdlərin 15 faiz indeksləşməsi nəzərdə tutulur. Çox güman ki, büdcədən maaş alanların aylıq ödənişlərindən də 15 faizlik indeksləşmə olacaq. Bu, yetərli deyil. Azərbaycanda ərzaq inflyasiyası 22 faizdən yuxarıdır. Bu onu göstərir ki, insanların real gəlirlərində ciddi artım olmayacaq”.

İqtisadçı qeyd edib ki, maaş və pensiyaların artımı ilə yanaşı paralel addımların atılmasına ehtiyac var:

“Məsələn, elektrik enerjisinə və təbii qaza tətbiq olunan limitlər ləğv edilməlidir ki, insanların güzəranına müsbət təsir göstərsin. Həmçinin, vergi və gömrük rüsumları azaldılmalıdır. Bunu bir neçə dəfə qeyd etmişik ki, ərzaq məhsullarındakı əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilməlidir. Dərman preparatlarında və ərzaq məhsullarında gömrük rüsumları sıfırlanmalıdır. Gələn il dünyada baş verən prosesləri nəzərə alsaq, gömrük rüsumları sıfırlana bilər. Bu əsasən dərmanlarda çox vacibdir. Belə ki, dərmanların 96 faizi xaricdən gətirilir. Xaricdən idxal edilən istənilən dərmanın üzərinə 15 faiz gömrük rüsumu gələndə bu, qiymətləri artıran amilə çevrilir. Ölkə daxilində istehsal yoxdursa, bu qədər yüksək gömrük rüsumlarının olması məntiqsizlikdir. Bu dediklərim olarsa, maaş və pensiyaların 15 faiz artımı gələn il üçün əhalinin real dolanışığına müsbət təsir göstərə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki