image-qanunla-reklam
image-media-04-o7ph43xg6cj9lnersmuv

Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var

image-lady-day-az

Qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası 1945-ci ildə Qahirədə təsis edilib. 22 dövlətin üzv olduğu təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir. Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri vardır. Son on il ərzində Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin daha da yaxşılaşması investisiya və ticarət əlaqələrinin artması ilə nəticələnmişdir. Ərəb Liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hissəsi iqtisadi cəhətdən varlı ölkələrdir. Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm rol oynayacaqdır. Dünya iqtisadiyyatında böyük payı olan ərəb ölkələrində zəngin ehtiyatlara malik neft-qaz yataqları var. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlərə malikdir. Ölkəmizin,  həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyi də yüksək səviyyədədir. Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmizin ərəb dövlətləri, bütövlükdə geniş İslam coğrafiyası ilə əməkdaşlığının genişlənməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Bu sırada tarixi bağlılıq, siyasi dvidentlər, iqtisadi avantajlar, o cümlədən enerji əməkdaşlığı, investisiya cəlbediciliyi, geniş turizm potensialı, kadrlar və intellektual məhsulların ixracı və s. Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə,  milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki