Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizov yenidən Azərbaycan Tibb Universitetində fəaliyyətə başlayıb.
“Qanunla.az”ın əldə etdiyi məlumata görə, o, 2019-cu ildən ATU-nin otorinolorinqologiya kafedrasının dosenti vəzifəsində çalışsa da, faktiki olaraq işə gəlmədiyi iddia edilirdi.
Belə ki, A.Əzizov artıq həmin kafedrada yenidən LOR həkimi kimi fəaliyyətini bərpa edib.



























