image-qanunla-reklam
image-1670042816-world-cup

DÇ-2022: Bu gün 1/8 final mərhələsinə start veriləcək

image-lady-day-az

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.

“Qanunla.az” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. “Əhməd ibn-Əli” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

DÇ-2022, 1/8 final

3 dekabr

19:00. Niderland – ABŞ

Baş hakim: Vilton Sampayo (Braziliya)

“Xəlifə” stadionu

23:00. Argentina – Avstraliya

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Əhməd ibn-Əli” stadionu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki