image-qanunla-reklam
image-_1653680791

“Böyük Qayıdış” layihəsi

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Odusu 2020-ci ilin 27 sentiyabr ayında başlayan və 44 gün davam edən Vətən Müharibəsində döğma torpaqlarımızı düşmən işğalından azad etdi. Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri misilsiz qəhrəmanlıqlar göstərərək Azərbaycan xalqının Zəfər Səlnaməsini yazdılar.

Ölkə Prezidenti cənab İlham Əliyev post-müharibə dövrünün həllini gözləyən məsələlər içində birinci prioritet məsələ kimi tarixi “Böyük qayıdış”ı müəyyən edib. Bununla bağlı addımlar atılır və nəticələr göz qabağındadır. Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  Qarabağa səfərləri də bir daha bunu təsdiqləyir. Bu səfərlər çərçivəsində atılmış addımlar, istifadəyə verilmiş obyektlər, onların təməlqoyma mərasiminin keçirilməsi bir daha göstərir ki, tarixi “Böyük qayıdış”ın təmin edilməsi üçün tam münbit şərait yaradılıb. Bu proses hazırda davam edir.

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Proqramı üzrə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi davam edir. Qeyd edək ki, bu ilin mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.

Azərbaycanda bərpa olunacaq şəhərlərin, kəndlərin planları, onların məhz yeni, müasir sistem kimi formalaşması, infrastruktur, yollar, qısa müddətdə inşa olunan Füzuli aeroportu, bütün bunlar hamısı məhz detallara qədər diqqətin təzahürüdür. “Bütün tədbirlər bir daha inam verir ki, “Böyük Qayıdış” layihəsi sürətlə həyata keçiriləcək, yüz minlərlə vətəndaşlarımız öz torpaqlarına qayıdacaq. Qarabağ nümunəvi bir sistem kimi dünyada böyük diqqət cəlb edəcək. Bu, gələcəkdə Azərbaycanın iqtisadiyyatının inkişafına, Azərbaycanda zəruri islahatların digər bölgələrdə keçirilməsi üçün böyük bir təcrübə olacaq.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki