image-qanunla-reklam
image-1659507966-2f3b2d9e73f654c38325288bff65ec1e

Bölmələrimizə “həyəcan” siqnalı verildi, atəş mövqeləri tutuldu – VİDEO

image-lady-day-az

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən “Qanunla.az”a bildirilib ki, plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki