Baltikyanı region Azərbaycan üçün hər zaman ciddi maraq kəsb edib.
Bizim parlamentlər səviyyəsində hər üç dövlətlə çox sıx əməkdaşlıq münasibətlərimiz mövcuddur. İstər ikitərəfli əlaqələr müstəvisində, istərsə də müxtəlif beynəlxalq təşkilatlar formatında. Bu baxımdan, Baltik Assambleyanı xüsusilə vurğulamaq lazımdır. Çünki Baltik Assambleya ilə münasibətlərin dərinləşməsi Azərbaycan üçün digər Avropa strukturları – regional parlamentlərarası təşkilatlar, Benilüks Parlamenti, Şimal Şurası, Vışeqrad qrupu ilə təmasları intensivləşdirmək baxımından çox faydalıdır.


























