image-qanunla-reklam
image-parad1

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub

image-lady-day-az

Sentyabrın 27-də erməni hərbi birləşmələri torpaqlarımızı atəşə tutdu. Və biz adekvat cavab verərək onları yerində otuzdurduq. Həmin gündən başlayan 44 günlük müharibə sayəsində qələbə çaldıq. Həm bizə dost olanların, həm də bizə qarşı olanların kimliyini gördük. Ordumuz illərdir bizə qarşı təcavüzkar siyasət yürüdən, torpaqlarımızı işğal edən erməni hərbi birləşmələrinin cavabını verdi və ön cəbhədə qalib gəldik. Bu qalibiyyətə bizi aparan ən önəmli məsələ isə Prezident cənab İlham Əliyevin yürütdüyü xarici siyasət idi. Bunun sayəsində də erməni havadarlarını susdururdu.

Bizim üçün ən önəmli an gəlmişdi. 8 noyabrda Şuşamızın azad edildiyini xəbər verən Ali Baş Komandan 10 Noyabr Bəyanatının imzalanmasına nail oldu. Düşmən müharibədə uduzduğunu qəbul edərək, Bəyanatı imzaladı. 10 noyabr tarixi Azərbaycan tarixində Şanlı Qələbənin tarixi kimi iz saldı.

 

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki