image-qanunla-reklam
image-1667254178280251991

Azərbaycan Ermənistana münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb

image-lady-day-az

Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb

Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu. Belə ki, budəfəki Soçi görüşü və yekunda imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək, hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi, yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji zəlzələlər və postsovet məkanının yenidən dizayn edilməsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib.

Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bunlar beynəlxalq hüququn fundaental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür Bu sənəddə yazılanlar əslində, Ermənistana verilən ən sonuncu şansdır, qonşuluq şansı, mövcudolma şansıdır. 44 günlük ağır müharibə Ermənistana əsl dərs oldu, işğalçı bir dövlətin layiq olduğu cəzanı aldı.

Beləliklə, bu görüş bir daha təsdiq etdi ki, Prezidentimiz cənab  İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə  və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı, bu ərazidə yaşayan ermənilərin məsələsinin isə Azərbaycanın daxili işi olduğu qəbul edilir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru- Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki