image-qanunla-reklam
image-328792342_1555998524919652_4081905934298439783_n

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

image-lady-day-az

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır.

Rusiya-Ukrayna müharibəsi dünyanın beynəlxalq siyasi mənzərəsinə olduğu kimi iqtisadi həyatına da öz təsirini göstərdi. Bu müharibə göstərdi ki, Avropa İttifaqı ölkələri üçün mütləq etibarlı enerji tərəfdaşına mühüm ehtiyac vardır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan Respublikası Avropa İttifaqı üçün ən etibarlı və dayanıqlı bir tərəfdaşına çevrilməkdədir. Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zaman­da, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrast­rukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oyna­dığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Aİ-nin Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışma­sı mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regio­nun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqti­sadi əlaqələrin inkişaf etdirilməsi Aİ-nin diqqət ayırdığı prioritet istiqamətlərdən biridir.

Avropa İttifaqı və Azərbaycan Respublikası strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas ve­rir ki, Azərbaycan-Aİ münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edəcəkdir. Bunun təminatı müzəffər ali baş komandan cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətidir!

 Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki