image-qanunla-reklam
image-1675401878-1608301635_1

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

image-lady-day-az

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

Azərbaycan regionun güclü ölkələrindən biri, iqtisadi inkişaf lokomotividir. Bundan əlavə, Xəzər və Qara dəniz ölkələri arasında əlaqələrin inkişafında Azərbaycan böyük rol oynayır. Eyni zaman­da, Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları regional əlaqələrin inkişafına töhfə verməklə yanaşı, dünya güc mərkəzlərinə ölkəmizlə əməkdaşlığı daha da gücləndirmək üçün əlavə stimul yaradır. Xüsusilə də Azərbaycanın nəqliyyat və tranzit infrast­rukturunun da inkişafı, ticarət yollarının şaxələndirilməsində və optimallaşdırılmasında oyna­dığı mühüm rol ölkəmizlə iki və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsini şərtləndirir. Bu mənada dünyanın böyük siyasi və güc mərkəzlərindən biri sayılan Avropa İttifaqının Azərbaycanla əlaqələrini daha da gücləndirilməsinə çalışma­sı mövcud siyasi xarakterli deyil, mövcud geosiyasi və geoiqtisadi reallığın məntiqi nəticəsidir. Regio­nun lider ölkəsi kimi Azərbaycanla münasibətlərin, xüsusilə də iqti­sadi əlaqələrin inkişaf etdirilməsi Avropa İttifaqının diqqət ayırdığı prioritet istiqamətlərdən biridir.

Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlayıblar. Ənənəvi enerji resursları ilə yanaşı, Azərbaycan ilə Avropa İttifaqının arasın­da müzakirə olunan mövzulardan biri də ölkəmizdən Avropaya “yaşıl” elektrik enerjisinin ixra­cıdır. İki tərəfin də strateji məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsinə münasibətdə ortaq mövqe sərgiləməsi belə deməyə əsas ve­rir ki, Azərbaycan- Avropa İttifaqının münasibətləri yeni reallığa uyğun uğurla inkişaf edəcəkdir.

 

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Azİnformasiya Agentliyinin Baş redaktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki