Amerikalı tədqiqatçılar general Linin heykəlinin postamentində 19-cu əsrə aid zaman kapsulunu tapıblar.
Məlumata görə, Virciniya ştatının Riçmond şəhərində abidə sökülən zaman postamentdə kiçik qurğuşun qutu tapılıb. Onun içində məktub, üç kitab və 19-cu əsrə aid gümüş sikkə olan zərf olub.
130 illik kitabın məzmunu hələ məlum deyil – onlar nəmdir və onları bərpa etmək lazımdır.