image-qanunla-reklam
image-1669407978_c1238020-6cfb-11ed-9284-02420a0000c9_1024

Almaniya və Fransa enerji həmrəyliyi sazişi imzalayıb

image-lady-day-az

Almaniya kansleri Olaf Şolz və Fransanın baş naziri Elizabet Born noyabrın 25-də enerji həmrəyliyi sazişi imzalayıblar.

“Qanunla.az” xəbər verir ki, bu, iki ölkənin enerji təchizatı sahəsində qarşılıqlı dəstəyini nəzərdə tutur. İmzalanma mərasimini Almaniyanın N-tv telekanalı yayımlayıb.Sənədin bir hissəsi kimi Almaniya Fransaya elektrik enerjisi verməyi, Fransa isə öz növbəsində Almaniyaya qaz verməyə razılıq verir .

“Dostlar çətin anlarda bir-birlərinə dəstək olurlar. Almaniya və Fransa ümumAvropa həmrəyliyinin nümunəsidir” -deyə  Şolz Berlində Born ilə birgə mətbuat konfransı zamanı bildirib.

Fransanın baş naziri öz növbəsində iki ölkə arasında dostluğun həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, fransız-alman cütlüyü vahid Avropanın mühərrikinə çevrilməlidir. Born qarşıdan gələn qışda elektrik enerjisi və qazın qarşılıqlı tədarükü məsələsində hər iki ölkənin həmrəyliyini də vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki