image-qanunla-reklam
image-_1582272117

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

image-lady-day-az

Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

 Azərbaycan tarixinin ən möhtəşəm, gəncliyin dərs götürəcəyi, yaddaşlarda yaşadacağı və gələcək nəsillərə ötürəcəyi parlaq səhifəsi! Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, milli dövlətçiliyin qorunub saxlanması, möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutmasına aparan yolun başlanğıc nöqtəsidir. Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yolu! Bu reallıqların hər birində Ulu öndər Heydər Əliyevin imzası var. Heydər Əliyevi öyrəndikcə Onun şəxsiyyətinin qərar tutduğu mənəvi zirvə göz önündə daha da ucalır. Azərbaycanın milli dövlətçilik tarixinin hünərvər müəllifi, bugünkü güclü Azərbaycanı bizlərə bəxş edən Ümummilli lider Heydər Əliyev!

Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu Öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, Onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır.Prezident İlham Əliyevin səriştəli idarəetmə qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı var olduqca, Ümummilli lideri də daim yaşayacaq, heç vaxt unudulmayacaqdır. Möhtərəm Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında bəyan etdiyi kimi, “Bu gün biz – Ulu öndər Heydər Əliyevin siyasi varisləri, davamçıları Onun ölməz xatirəsi qarşısında bir daha söz verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik!”.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru Babək Mikayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo