image-qanunla-reklam
image-1628501632-tixac

Bu yollarda sıxlıq var – SİYAHI

image-lady-day-az

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Qanunla.az-a verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Tıxac olan yolların siyahısını təqdim edirik:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından “20 yanvar” dairəsinə qədər – kənar yolda;

3. Binəqədi şosesində – mərkəzə doğru – “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

4. Rövşən Cəfərov küçəsində – “20 yanvar” dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

5. Abdulvahab Salamzadə küçəsində, “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti ilə kəsişməyədək;

6. Ziya Bünyadov prospektində – Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

7. Tbilisi prospektində “20 yanvar” dairəsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməyədək A.Bakıxanov küçəsi istiqamətində;

8. Akademik Həsən Əliyev küçəsində Tbilisi prospekti ilə kəsişmədən 1 saylı “ASAN xidmət”in qarşısına qədər;

9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq;

10. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində nisbətən;

11. Heydər Əliyev prospektində – “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər əsas və kənar yolda, həmçinin Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində əsas və kənar yolda;

12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər.

13. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində və əks istiqamətdə 28 may küçəsinə dönən hissədə;

14. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə kəsişməyədək;

16. Kövkəb Səfərəliyeva küçəsində 28 may küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq müşahidə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo