image-qanunla-reklam
image-1654256081-119598063_1815711848570203_2187561644002630061_n

“Xəngəland”da nöqsanlar AŞKARLANDI

image-lady-day-az

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub.

AQTA-dan “Qanunla.az”a verilən məlumata görə, müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo