image-qanunla-reklam
image-626b95bf11822626b95bf118231651217855626b95bf1181e626b95bf11820-768x403

Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir

image-lady-day-az

Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir

Torpaqları 30 ilə yaxın işğal altında qalmasına, müharibə şəraitində yaşamasına baxmayaraq, başqalarına nümunə göstərilən belə uğurlara imza atan, qitələri birləşdirən enerji, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, qlobal əhəmiyyətli təşəbbüsləri ilə dünyanın iqtisadi bazarında mövqeyini möhkəmləndirən Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldur. Ölkəmizin beynəlxalq nüfuzu artır, siyasi müstəvidə mövqeyi möhkəmlənir.

44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir.

Azərbaycan bütün bu addımların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün hüquqi prinsipləri, beynəlxalq normaları və qanunların aliliyini əsas götürür. Buna görə də, uzun illər Azərbaycan-Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla, öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də, BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün öz təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, rəzil sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır.

Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, daha bir işğalçının zərərsizləşdirilməsinə və onun sivil, normal münasibətlər müstəvisinə çıxarılmasına, regionda və dünyada iqtisadi-siyasi əlaqələrin daha intensiv şəkildə reallaşdırılmasına xidmət edəcək.

.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo