image-qanunla-reklam
image-1653385983_3448173_810x458

Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ

image-lady-day-az

Filippin prezidenti Rodriqo Duterte özünün “yaxın müttəfiqi” kimi qələmə verdiyi rusiyalı həmkarı Vladimir Putini Ukraynaya müdaxiləyə görə sərt şəkildə tənqid edib.

“Qanunla.az” xəbər verir ki, Putini Ukraynada günahsız dinc sakinləri öldürməkdə günahlandıran Duterte “Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm” deyib.

Nazirlər Kabinetinin iclasında çıxış edən Duterte “Bir çoxları mənim və Putinin qatil olduğumuzu deyir. Amma mən cinayətkarları öldürürəm. Biz iki fərqli dünyanın insanıyıq”, – deyib.

Duterte həmçinin Ukraynadakı müharibə səbəbindən Filippində də daxil olmaqla bir çox ölkədə neftin qiymətinin qalxmasını tənqid edib.

Ölkəsində narkotik qaçaqmalçılarına qarşı sərt davranışlarına görə tənqid hədəfinə çevrilən və son vaxtlar vəzifəsindən getməyə hazırlaşan Duterte daha əvvəl Putini “dostum” adlandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo